"Liverpul"un sabiq baş məşqçisi Yürgen Klopp "qırmızılar"ın 125 milyon avro qarşılığında "Bayer Leverkuzen"dən 22 yaşlı yarımmüdafiəçi Florian Virtsi transfer etmələrinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Mirror" belə çatdırıb:
"Şübhəsiz, bu, ağlasığmaz məbləğdir. İki-üç oyunda işlər qaydasında getməsə, bu məbləğ dərhal yada düşəcək. Bir vaxt klubda demişdim ki, 100 milyona oyunçu alsaq, postumdan gedəcəm... Amma dünya dəyişir. Bazar belədir. Əlbəttə, biz möhtəşəm futbolçudan danışırıq. Virts istənilən kluba çox böyük fayda verəcək bacarığa malikdir. Onun son İngiltərə çempionunu daha yaxşı səviyyəyə çatdıra bilib-bilməyəcəyini isə zaman göstərəcək".
Qeyd edək ki, son mövsümdə "Bayer" forması ilə bütün turnirlərdə 46 matça çıxan Virts 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 140 milyon avro ilə dəyərləndirir.
Nihat