"Liverpul"un sabiq çalışdırıcısı, hazırda "Red Bull" şirkətinin qlobal futbol əməliyyatlarının rəhbəri vəsifəsində işləyən Yürgen Klopp futbol tarixinin ən yaxşı məşqçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Give me Sport" belə çatdırıb:
"Ser Aleks Ferqyusonla həqiqətən bir neçə əla xatirələrim var. Onunla ünsiyyət qurmaq belə, şərəfdir. Məşqçi üçün ən yaxşısı oturub dinləməkdir. Onun dediklərini anlamaq üçün mənə 10 dəqiqə lazım oldu. Ferqyusona çox böyük hörmətim var. O, futbol tarixinin ən böyük məşqçisidir. Ser Aleksin etdiyini təkrarlamaq müşkül məsələdir".
Xatırladaq ki, Ferqyuson 1986-2013-cü illər aralığında "Mançester Yunayted"in baş məşqçisi olub. "Qırmızı şeytanlar" onun rəhbərliyi altında 13 dəfə İngiltərə çempionatının, 5 dəfə İngiltərə Kubokunun və 2 dəfə Çempionlar Liqasının qalibi olublar.
Nihat