"Barselona"nın vingeri Ansu Fatinin yeni klubu rəsmən açıqlanıb.
Fanat.Az xəbər verir ki, sözügedən futbolçu yeni mövsümə "Monako"da başlayacaq.
O, Liqa 1 təmsilçisi ilə 1 illik icarə müqaviləsi bağlayıb. "Monako" sonradan 11 milyon avro ödəyərək Fatinin transfer hüquqlarına sahib çıxa bilər. Ansu yeni komandasında 31 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, son mövsümdə "Barselona" forması ilə bütün turnirlərdə 11 matça çıxan Fati məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat