"Liverpul"un mərkəz müdafiəçisi Carell Kuansa karyerasını Almaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu "Bayer Leverkuzen"ə keçib.
Məlumatı "əczaçılar"ın mətbuat xidməti yayıb. Kuansa yeni klubu ilə 5 illik müqavilə bağlayıb. İngiltərənin U-21 millisinin üzvü 4 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 22 yaşlı Carell "Liverpul"un yetirməsidir. O, 2010-cu ildən "qırmızılar"ın strukturunda olub.
Nihat