"Liverpul"un və Portuqaliya millisinin vingeri Dioqu Jota 28 yaşında dünyasını dəyişib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, o, avtomobil qəzasında həyatını itirib.
Hadisə İspaniyanın qərbindəki Samora əyalətində qeydə alınıb. Futbolçunun yanında olan qardaşı da vəfat edib.
Qeyd edək ki, Jota Portuqaliya millisi ilə 2 dəfə Millətlər Liqasının qalibi olub. O, həmçinin "Liverpul"la İngiltərə çempionluğunu qazanıb.