Portuqaliyalı superulduz Kriştianu Ronaldu millidəki komanda yoldaşının, "Liverpul"un vingeri Dioqu Jotanın qardaşı ilə birlikdə avtomobil qəzasında həyatını itirməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Əl-Nəsr"in forvardı bu barədə sosial şəbəkə hesablarında paylaşım edib:
"Məntiqli deyil... Yığmada bir yerdə idik, yeni evlənmişdiniz... Ailənizə, arvadlarınıza, övladlarınıza başsağlığı verir, güc diləyirəm. Bilirəm ki, siz həmişə onlarla olacaqsınız. Rahat yatın, Dioqu və Andre. Hamımız sizin üçün darıxacağıq".
Xatırladaq ki, hadisə İspaniyanın qərbindəki Samora əyalətində qeydə alınıb.
Nihat