"Tottenhem"in müdafiəçisi Kristian Romero karyerasını İspaniya nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
Məlumata görə, argentinalı dünya çempionunun xidmətində "Atletiko Madrid" maraqlıdır. Mənbə Madrid təmsilçisinin 27 yaşlı futbolçunun transferi üçün London klubuna 55 milyon avro təklif etməyə hazırlaşdığını vurğulayıb. İngilislərin Romeronu heyətdə saxlamaq istədikləri və bu səbəbdən qarşı tərəfdən 70 milyon avro tələb edəcəkləri də diqqətə çatdırılıb. Kristianın özünə gəlincə, onun həmyerlisi Dieqo Simeonenin rəhbərliyi altında La Liqada top qovmaq variantına isti yanaşdığı bildirilib.
Qeyd edək ki, Romero 2024/2025 mövsümündə UEFA Avropa Liqasının ən yaxşı müdafiəçisi elan edilib. Cənubi amerikalının "Tottenhem"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat