"Liverpul" bu gün avtomobil qəzasında həyatını itirən futbolçusu Dioqu Jotanın xatirəsini əbədiləşdirib.
Fanat.Az xəbər verir ki, klub portuqaliyalı vingerin geyindiyi 20 nömrəli formanı dövriyyədən çıxarıb.
"Qırmızılar"ın mətbuat xidməti belə bir bəyanat yayıb:
“20 nömrəli forma “Liverpul”un 2024/2025 mövsümündə qazandığı 20-ci çempionluğa verdiyi töhfəyə görə əbədiləşdiriləcək. Apreldə keçirilən Mersisayd derbisində “Kop” tribunası qarşısında işlətdiyi fənd fonunda komandaya qələbə qazandıran qolu onun həyatının da son qolu oldu”.
Xatırladaq ki, bu gün İspaniyanın Samora əyalətində qeydə yol qəzası nəticəsində 28 yaşlı Dioqu Jota və onun 26 yaşlı qardaşı Andre Silva dünyalarını dəyişiblər.
Nihat