"Fənərbağça" ispaniyalı yarımmüdafiəçisi Marko Asensio üçün PSJ-yə rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" yayıb.
Məlumata görə, İstanbul nəhəngi 29 yaşlı futbolçunu 15 milyon avroya almağa hazırdır. Mənbə ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirən Markonun Fransa nəhənginin çalışdırıcısı Luis Enrikenin gələcək planlarına daxil olmadığını və komandada qalmayacağını vurğulayıb. Onun indilik gözləmə mövqeyi tutduğu və digər təklifləri də nəzərdən keçirəcəyi bildirilib.
Qeyd edək ki, Asensio 2023-cü ildən PSJ-də çıxış edir.
Nihat