"Yuventus" sıralarına yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı Turin təmsilçisinin mətbuat xidməti yayıb.
Kanadalı hücumçu Conatan Devid azad agent qismində "ağ-qaralar"a qoşulub.
Qeyd edək ki, 25 yaşlı forvard son olaraq Fransada "Lill"in formasını geyinib. O, 2024/2025 mövsümündə meydana çıxdığı 49 oyunda 25 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.