ABŞ-də təşkil edilən klublararası dünya çempionatında 1/4 final mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, bu mərhələnin ilk oyununda "Fluminense" (Braziliya) Səudiyyə Ərəbistanı "Əl-Hilal"ı ilə qarşılaşıb.
Oyun "Fluminense"nin qələbəsi ilə başa çatıb – 2:1. Qalib komandanın qollarına Martinelli (40) və Herkules (70) imza atıblar. "Əl-Hilal"ın heyətində isə 51-ci dəqiqədə Markos Leonardo fərqlənib.
"Fluminense" yarımfinalda “Palmeyras” (Braziliya) – “Çelsi” (İngiltərə) duelinin qalibi ilə üz-üzə gələcək.
Klublararası dünya çempionatı iyunun 15-də başlayıb. İlk dəfə 32 klubun iştirakı ilə keçirilən turnirə iyulun 13-də yekun vurulacaq.