Klublararası dünya çempionatının 1/4 finalında PSJ-yə 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran "Bayern Münhen"in təcrübəli futbolçusu Tomas Müller oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:
"Bu oyunda hər şey var idi. Biz döyüşdük. İlk yarıda oyuna nəzarət edən tərəf idik. Bizim bu matça yanaşmamız onların ikinci yarıda daha az risk etmələrini şərtləndirdi. Rəqib fasilədən sonra əsasən uzun ötürmələrdən yararlanmağa çalışdı. Əlbəttə, ən vacibi nəticədir...
Hə, biz bir və ya iki səhvə yol verdik. Amma uğurlu epizodlarımız da oldu. Futbolda yaxşı heç nəyə təminat vermir. Biz növbəti mərhələyə elə köklənmişdik ki... Belə motivasiyadan sonra əşyalarımızı toplamaq asan deyil".
Vilyam Pako (82) və Lukas Ernandes (90+2) qırmızı vərəqə aldıqları üçün Paris klubu görüşü 9 nəfərlə başa vurub.
Bu qarşılaşma Müllerin "Bayern"də son oyunu olub.
Nihat