"Real Madrid"in sabiq yarımmüdafiəçisi Klod Makelele Xabi Alonsonun "Kral klubu"na baş məşqçi təyin edilməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini AS belə çatdırıb:
"Alonso mənim dostumdur. O, komandaya yeni keyfiyyətlər gətirəcək, amma bu, asan olmayacaq. "Real" həmişə "Real"dır. Yavaş-yavaş işlər qaydasına düşəcək. Xabiyə bir-iki il vaxt lazımdır. Ona işləmək imkanı yaradılmalıdır. Hazırda Alonsonun sərəncamında yaxşı heyət var".
Xatırladaq ki, Alonso ötən mövsümün sonunda İspaniya nəhəngini Braziliya yığmasına dəyişən Karlo Ançelottinin yerini tutub.
Nihat