ABŞ-də keçirilən klublararası dünya çempionatında yarımfinal mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, "Çelsi" Braziliya təmsilçisi "Fluminense" ilə qarşılaşıb.
"Zadəganlar" yeni transferləri Juan Pedronun dublu sayəsində inamlı qələbə qazanaraq finala yüksəliblər. Braziliyalı hücumçu həmyerlilərini 18 və 56-cı dəqiqələrdə oyuna mərkəzdən başlamağa məcbur edib - 2:0.
Yarımfinalın digər matçında "Real Madrid" UEFA Çempionlar Liqasının son qalibi PSJ ilə üz-üzə gələcək. İkinci yarımfinal dueli iyulun 9-da olacaq. Bu matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.
Nihat