UEFA Çempionlar Liqasında 2025/2026 mövsümü start götürüb.
Fanat.Az xəbər verir ki, bu gün 1-ci təsnifat mərhələsi çərçivəsində 10 oyun keçirilib.
Mövsümün ilk qarşılaşması Finlandiyada reallaşıb. Meydan sahibi KuPS “Milsami”ni (Moldova) minimal hesabla yenib.
Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin komandası - "Eqnatiya" (Albaniya) İslandiya "Breydablik"ini tək qolla üstələyib. Zamiq bu görüşdə meydana çıxmayıb.
"Malmö" Gürcüstanda yerli "İberia 1999"u inamla məğlub edibsə, Qazaxıstan "Kayrat"ı "Olimpiya" (Sloveniya) ilə səfər duelindən qollu bərabərliklə ayrılıb.
Mərhələnin digər 4 oyunu iyulun 9-da olacaq. Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibləri - “Şelburn”la (İrlandiya) “Linfild” (Şimali İrlandiya) də sabah qarşılaşacaqlar.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunlar
8 iyul
KuPS (Finlandiya) – Milsami (Moldova) 1:0
İberiya 1999 (Gürcüstan) – Malmö (İsveç) 1:3
Noa (Ermənistan) – Buduçnost (Monteneqro) 1:0
Levadiya (Estoniya) – RFS (Latviya) 0:1
Olimpiya (Sloveniya) – Kayrat (Qazaxıstan) 1:1
Drita (Kosovo) – Differdanj (Lüksemburq) 1:0
TNS (Uels) – Şkendiya (Şimali Makedoniya) 0:0
Vikinqur (Farer adaları) – Linkoln (Cəbəllütariq) 2:3
Eqnatiya (Albaniya) – Breydablik (İslandiya) 1:0
Virtus (San Marino) – Zrinski (Bosniya və Herseqovina) 0:2