"Mançester Yunayted"in, "Mançesteür Siti"nin, "Yuventus"un və Argentina millisinin sabiq hücumçusu Karlos Tevesin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssis ölkəsinin "Atletiko Talyeres" komandasına baş məşqçi təyin edilib.
Məlumatı sözügüdən klubun mətbuat xidməti yayıb. Onun qarşısına komandanı elitada saxlamaq tələbi qoyulub.
Qeyd edək ki, Teves 2023-cü ildə "İndependyente"nin baş məşqçi postundan ayrlandan sonra işsiz idi. Məşhur veteran 2022-ci ildə "Rosario Sentral"a da rəhbərlik edib.
Nihat