Klublararası dünya çempionatının yarımfinalında "Real Madrid"i 4:0 hesabı ilə məğlub edərək finala yüksələn PSJ-nin yarımmüdafiəçisi Fabian Ruis fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Kral klubu"nun qapısına iki dəfə yol taparaq komandasının qələbəsində böyük pay sahibi olan futbolçunun FİFA-nın rəsmi saytı belə çatdırıb:
"Komandaya kömək etməyə çalışıram. Klublararası dünya çempionatının yarımfinalında iki qol vurduğuma görə şadam. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirmək üçün bacardığımı əsirgəmirəm. Bəxtim gətirib ki, belə klubda oynayıram. İndi biz turniri ən yaxşı şəkildə başa vurmaq, daha bir titul qazanmaq istəyirik".
Xatırladaq ki, PSJ həlledici matçda "Çelsi" ilə üz-üzə gələcək. London təmsilçisi yarımfinalda Braziliyanın "Fluminense" komandasını 2:0 hesabı ilə yenib.
Nihat