PSJ-nin ispaniyalı yarımmüdafiəçisi Marko Asensio karyerasını İstanbul nəhəngində davam etdircək.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən insayder Yağız Sabuncuoğlu yayıb.
Məlumata görə, 29 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olan "Fənərbağça" artıq transferi yekunlaşdırmaq üzrədir. Mənbə tərəflərin razılığa gəldiyini və Asensionun yaxın günlərdə İstanbula yollanaraq tibbi müayinədən keçəcəyini vurğulayıb.
Daha öncə "Lequipe" "sarı-göylər"in bu transfer üçün Paris təmsilçisinə 15 milyon avro təklif etdiyini, lakin təcrübəli orta xətt oyunçusunun digər variantları da nəzərdən keçirmək istədiyini açıqlamışdı.
Qeyd edək ki, 2023-cü ildə PSJ-yə qoşulan Marko son olaraq icarə əsasında "Aston Villa"da oynayıb.
Nihat