"Liverpul" ciddi itki ilə üzləşib. Fanat.Az xəbər verir ki, "qırmızılar"ın ötən yay "Sautqempton"dan 41,2 milyon avroya aldığı Sadio Mane zədələnib.
25 yaşlı forvard Seneqal millisinin düşərgəsində zədə alıb. "Liverpul"dan verilən açıqlamada bildirilir ki, zədəsi ağır olan futbolçunun müalicə müddəti 6 həftə davam edəcək.
Qeyd edək ki, Sadio Mane bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 9 rəsmi oyunda 3 qol vurub.
Fanat.Az