"Fənərbaxça" bundan əvvəl bir neçə dəfə rənglərinə bağlamaq istədiyi Arda Turan üçün yenidən hərəkətə keçib. Fanat.Az xəbər verir ki, İstanbul klubu "Barselona"da heyətə düşməyən, millinin İslandiyaya məğlubiyyətindən sonra hədəfə çevirilən futbolçunu transfer etmək üçün fəaliyyətə başlayıb.
"Takvim" qəzetinin məlumatına görə, "Fənərbaxça" rəsmiləri artıq Ardayla görüşüb və "Sənə təklifimiz hər zaman keçərlidi. Əgər gəlmək istəsən, qapılarımız üzünə açıqdı. Bura hər zaman sənin evindi" deyib.
Məqalədə olduqca çətin günlər keçirən Ardanın bu təklifə müsbət yanaşıdığı və keçid haqda düşüncəyi yazılıb.
Daha öncə verdiyi açıqlamalarda dəfələrlə "Türkiyədə "Qalatasaray"dan başqa klubda oynamaram" deyən Arda Turanın ilk seçiminin yenə "Qalatasaray" olacağı önə çəkilib. Lakin hazırda klub rəhbərliyi ulduz yarımmüdafiəçini transfer etməkdə maraqlı olsa da, azarkeşlər fərqli mövqe tutub. Hətta fanatlar futbolçunun gəlməməsi üçün imza kampaniyasına başlayıb. Qəzetdə belə olan halda, Ardanın "Fənərbaxça"ya keçmək ehtimalının artdığı vurğulanıb.
Fanat.Az