İntizamsız həyatı və keçmişdə qalmaqala səbəb olan fotoları ilə məşhurlaşan, Argentina və Braziliyada sabit çıxış edə bilməyib bu yay "Ceona"ya transfer olunan Rikardo Kenturion bu dəfə ilginc səbəb üzündən heyətdən kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, "Kalyari" matçnıdan öncə səhərə qədər "Mate" çayı içən və fotosunu "Instagram"da paylaşan futbolçu oyunun heyətinə salınmayıb.
Qısa olaraq "Mate" adlandırılan "Yerba Mate" Argentinaya xas olan bitki çayıdır. Argentinada hər kəsin gün boyunca içdiyi çay bütün Cənubi Amerikada fərqli növləri ilə geniş yayılıb.
Qeyd edək ki, Argentina U-20-sinin sabiq üzvü Rikardo Kenturion bu yay "San Paulo"dan "Ceona"ya 5 milyon avroya transfer olunub.
Fanat.Az