"Trabzonspor"un yeni baş məşqçisi bəlli olub. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi sayt məlumat yayıb.
Xəbərdə bildirilir ki, Qara dəniz təmsilçisini Rza Çalımbay çalışdıracaq. Bu gün onunla mövsümün sonuna qədər müqailə imzalanıb.
Qeyd edək ki, Türkiyə mətbuatında milli komandamızın baş məşqçisi Robert Prosineçkinin "Trabzonspor"u çalışdıracağı haqda xəbərlər yayılmışdı.
Rza Çalımbay bu vəzifədə, uğursuzluğa görə istefaya göndərilən Ərsun Yanalı əvəzləyib.
Fanat.Az