La Liqanın VIII turunda "Atletiko" ilə oyundan bir xalla ayırlan "Barselona"nın daxilində gərginlik yaranıb. Fanat.Az xəbər verir ki, matçdan sonra komandanın iki ulduzu üz-üzə gəlib.
Məlumata görə, qarşılaşma bitəndən sonra Lionel Messi və Cerard mübahisə edib. Hətta Messi komanda yoldaşının üstünə qışqırıb.
İddia olunur ki, Messi Pikeyə son dövrlər siyasi çıxışlarına görə əsəbiləşib və zəif oyununun son olaylarla bağlı olduğunu düşünür. Argentinalı ulduzun fikrincə, Pike Kataloniyadakı hadisələrə və siyasətə çox müdaxilə edir.
Fanat.Az