"Mançester Yunayted"in forvardı Zlatan İbrahimoviç məşqlərə başlayıb.
Fanat.Az "San"a (The Sun) istinadən xəbər verir ki, apreldə uzun müddətə sıradan çıxan futbolçunun bərpa prosesi gözləniləndən qısa sürüb.
36 yaşlı İbra tam sağalıb və fərdi proqram üzrə hazırlaşır. Onun kollektiv məşqlərə nə vaxt start verəcəyi dəqiq bilinməsə də, bunun yaxın vaxtlarda reallaşacağı proqnozlaşdırılır.
Fanat.Az