Braziliya məhkəməsi Neymara vergi borclarını gecikdirməsi üzündən "pis niyyət" cəzası verib.
Fanat.Az xəbər verir ki, məhkəmə futbolçunu 3,8 milyon real cərimələyib. "Sambaçı"nın ailəsinin 3 üzvünə də eyni səbəbdən müxtəlif məbləğdə cərimələr kəsilib.
Məhkəmə 2011-2013-cü illər aralığında əldə etdiyi reklam gəlirlərindən müəyyən miqdarını dövlət büdcəsinə keçirməməsi üzündən futbolçunun mülkündən 62,2 milyon dollarlıq qismi 2015-ci ildə dövlət tərəfindən müsadirə olunmuşdu.
Futbolçunun qərara etiraz haqqı da var.
Fanat.Az