2017-ci ilin ən yaxşı gənc futbolçusunun kimliyi bəllidi. Fanat.az xəbər verir ki, yayda "Monako"dan PSJ-yə keçən Kilian Mbappe sürprizə imkan verməyib.
Qaradərili vunderkind İtaliyanın "Tuttosport” nəşrinin keçirdiyi sorğuda həmyerlisi Osman Dembele ("Barselona”) və braziliyalı Qabriel Jezuşla ("Mançester Siti”) mübarizə aparıb. Jurnalistlər arasında keçirilən səsvermədə Mbappe böyük üstünlüklə birinci olub.
Ötən mövsüm "Monako”nun formasıyla 44 matçda 26 qol vuran 18 yaşlı oyunçu sabiq komandasının heyətində Fransa çempionu olmaqla yanaşı, Çempionlar Liqasında yarımfinala qədər irəliləyib.
Qeyd edək ki, 2016-cı ilin ən yaxşı gənc futbolçusu portuqaliyalı Renato Sançes olmuşdu.
Fanat.Az