UEFA Çempionlar Liqasında mübarizə aparan 3 klubu cəzalandırıb. Fanat.Az xəbər verir ki, Avropa futbol qurumunun İntizam Komitəsi PSJ, "Seltik” və "Bazel”lə bağlı qərarını açıqlayıb.
Qrup mərhələsinin I turunda PSJ-yə 0:5 hesabı ilə uduzan "Seltik” 10 min avro ödəməli olacaq. Bu cərimə meydana kənar şəxslərin daxil olması üzündən verilib. Kresloları sındırmaqda günahkar bilinən Fransa klubu isə şotlandiyalılardan iki dəfə az – 5 min avro ziyana düşüb.
"Mançester Yunayted”lə ilk turun görüşündə pirotexniki vasitələrdən yararlanan "Bazel” fanatları da komandalarını xərcə salıb. Öz meydanında 0:3 hesabı ilə uduzan isveçrəlilər 12 min avro "tərləyəcək".
Fanat.Az