FİFA İngiltərənin paytaxtı Londonda ötən ilin ən yaxşılarını mükafatlandırır. Fanat.Az-ın məlumatına görə, "Palladium” teatrında keçirilən "The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar müəyyənləşir.
Artıq 2017-ci ilin ən yaxşı qolu nominasiyasında qalib bəlli olub. "Ferents Puşkaş” mükafatı Fransa millisinin və "Arsenal”ın hücumçusu Olivye Jiruya verilib.
Onun "Arsenal” - "Kristal Palas” oyununda dabanla qonaqların qapısından keçirdiyi top bütün rəqiblərini qabaqlamasını şərtləndirib.
Fanat.Az