Sosial medianın aktiv istifadəçilərindən olan müğənni Ebru Polatın "Instagram" hesabından etdiyi paylaşım müzakirələrə meydan verib. Fanat.Az xəbər verir ki, müğənni yazdığı "İddia" kuponunu paylaşıb.
Kupona 15 lirə pul qoyuluşu edən Ebru Polat bir oyuna görə 31467 lirədən olub. Yüksək koffisentli oyunlara düzgün proqnoz verən müğənninin "yanmasını" "Lamia" - "Panatinaikos" matçı şərtləndirib.
Bu paylaşımdan sonra Ebru Polata çox sayda evlilik təklifi gəlib.
Qeyd edək ki, müğənni əvvəllər "Arsenal"ın və Almaniya millisinin üzvü Məsut Özillə sevgili olub.
Fanat.Az