"Lans”ın qapıçısı Nikolya Duşe polis tərəfindən saxlanılıb.
Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, kapitanın həbs edilməsinin səbəbi xanımını vəhşicəsinə döyməsidi.
2011-2016 aralığında PSJ-nin şərəfini qorumuş qolkiper sərxoş halda həyat yoldaşını əzişdirib. Polis mənzilin qapısını açanda qadın çılpaq vəziyyətdə, bədəni yara içində olub. Duşenin həyat yoldaşını saçından tutaraq sürüdüyü və başını bir neçə dəfə divara çırpdığı üzə çıxıb.
Mənzilin güzgüləri qırılıb, yerə yemək tökülüb və divarda qan izləri olub. Polisə izahat yazan 27 yaşlı qadın xəstəxanaya getməkdən imtina edib. Bu gün Duşe və həyat yoldaşı məhkəmə qarşısına çıxacaqlar.
Fanat.Az