"Liverpul”un braziliyalı yarımmüdafiəçisi Filipp Koutinyo PSJ-yə "yox" deyib.
Fanat.Az "San"a istinadən (The Sun) xəbər verir ki, 25 yaşlı orta xətt oyunçusu "Barselona”da oynamaq istədiyinə görə fransızların arzusunu gözündə qoyub.
Paris təmsilçisinin idman direktoru Anter Enrike futbolçunun meneceri ilə görüşüb və yanvarda transferi həyata keçirməyə hazırlaşdıqlarını bildirib. Menecer isə klub rəsmisinə "Koutinyo Fransada oynamaq və yaşamaq istəmir" cavabı verib.
Qeyd edək ki, "Liverpul” cənubi amerikalını bu qış 150 milyon avro qarşılığında "Barsa"ya satmağa razıdı.
Fanat.Az