"Qarabağ”la "Səbail"i müqayisə etmək olmaz. Rəqibi qələbə münasibətiylə təbrik edirəm, Çempionlar Liqasında uğurlar arzulayıram”. Fanat.Az xəbər verir ki, bu sözləri "Səbail”in baş məşqçisi Samir Əliyev deyib.
Topaz Premyer Liqasının X turunun açılış oyununda "Qarabağ”a minimal hesabla uduzan debütantın çalışdırıcısı oyundan sonra düzənlənən ənənəvi mətbuat konfransında yenilgiyə şərh verib: "Qarabağ"ın futbolçusu qırmızı vərəqə alana qədər daha yaxşı oynadığımızı düşünürəm. Təbii ki, say üstünlüyündən istifadə edə biləcəyimizi düşünürdük. Çalışsaq da, alınmadı. Bir epizodda zərbəmiz dirəkdən döndü. Rəqib ikinci hissədə təzyiqi artırdı və istəyinə çatdı. Uşaqlara müdafiədə "oturmağı" tapşırmamışdım. Sadəcə, təzyiq çox güclü idi".
Fanat.Az