"Fənərbaxça" icarə əsasında oynatdığı Luiş Netunun transfer hüququna yiyələnmək üçün "Zenit"ə 1,5 milyon avro təklif edib.
Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburq klubu İstanbul təmsilçisinin təklifini geri çevirib. Belə ki, ruslar portuqaliyalını 2,5 milyon avroya satmaq niyyətindədi. Danışıqlar davam etdiriləcək.
Qeyd edək ki, Netunun icarə müqaviləsinin müddəti cari mövsümün sonunda bitir.
Fanat.Az