Avropa Liqasında "Vitoriya" ilə oyunda ö azarkeşlərindən birinə təpik atan, daha sonra heyətdən kənarlaşdırılan məşhur futbolçu Patris Evraya "Marsel" azarkeşlərindən şok reaksiya gəlib.
Fanat.Az xəbər verir ki, "Marsel" azarkeşləri ölkə çempionatının "Kan"la oyununda üzərində "Özünü "Marsel"dən və tərəfdarlarından üstün görürsən. Artıq səni bu rənglər altında görmək istəmirik. S...... get, Evra!" sözləri yazılmış pankart açıb.
Avroliqada "Vitoriya" ilə oyundan əvvəl azarkeşini vuran Patris Evra "Marsel" fanatları tərəfindən "istənilməyən adam" elan edilib.
Fanat.Az