"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo zədəli futbolçularının vəziyyəti ilə bağlı açıqlama verib. Fanat.Az xəbər verir ki, porutaqliyalı mütəxəssis 4 futbolçunun tezliklə meydana dönəcəyini bildirib.
"Zlatan İbrahimoviç, Paul Poqba, Markos Roja və Marouane Fellaininin vəziyyəti yaxşıdı. Hər gün çalışmaq məcburiyyətindədilər, amma qısa zamanda komandaya qoşulacaq vəziyyətdədilər. Zədəli futbolçuların dönüşü ilə Yeni il ərəfəsində daha güclü olub, mübarizəmizi davam etdirəcəyik" deyə Mourinyo qeyd edib.
Fanat.Az