"Mançester Yunayted" in sabiq futbolçusu Roy Kin (Roy Kean) hücumçu Romelu Lukakunun "Çelsi" yə qayıtması ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi Lukakunun mövsümə azı 20 qol vuracağını bildirib: "Futbolçu üçün bu an çox vacibdir. Məncə Lukakunun "Mançester Yunayted"ə keçidi yanlış zamanda baş vermişdi. Çünki onun təcrübəli və güclü futbolçu olduğuna heç bir şübhə yoxdur. Bunu onun statistikası göstərir. Romelunun "Everton"da necə oynadığını xatırlayın. Bəzən böyük bir futbolçu hansisa klub üçün uyğun olmaya bilər. Lukaku "İnter"ə getdi və orada vurduğu qollarla hamını təəccübləndirdi. "Çelsi" nin necə oynadığını nəzərə alsaq, Lukaku bir mövsümə azı 20 qol vuracaq."
Xatırladaq ki, transfer məbləği 115 milyon avro olan futbolçu klubla 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Emin Şəmsiyev