"Barselona" Antoine Qrizmannı heyətinə qatır. Fanat.Az xəbər verir ki, Kataloniya klubu artıq fransalı ulduzla prinsipial razılıq əldə edib.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Həmkarlarımız iddia edib ki, tərəflər arasında bir müddətdi gedən danışıqlar artıq başa çatıb və razılıq əldə olunub. "Barselona" bundan sonra "Atletiko" ilə danışıqlar aparacaq. Kataloniyalılar 26 yaşlı hücumçu üçün Madrid klubuna 100 milyon avro ödəyəcək.
Qeyd edək ki, "Atletiko" Qrizmannı 2014-cü ildə "Real Sosyedad"dan 30 milyon avroya alıb.
Fanat.Az