"Yeddi uşaq, eyni sayda da "Qızıl top” mükafatı istəyirəm”.
Fanat.Az xəbər verir ki, bu sözləri noyabrın 12-də dördüncü dəfə ata olan Kriştiano Ronaldo deyib. Madrid "Real”ının və Portuqaliya yığmasının ulduzu "L'Équipe” nəşrinə müsahibəsində həyatla bağlı planlarını açıqlayıb: "Uşaqlarsız həyat maraqlı olmazdı. Ətrafında bu qədər sevinc varsa, yaşamaq daha gözəldi. Arzum beşinci dəfə "Qızıl top”u qazanmaqdı. Bir il sonra altıncını hədəfləyəcəm. Həyatda olduğu kimi, futbolda da çatmadığım hədəflər var”.
Fanat.Az