Fransanın "Lill" klubu futbol tarixində görünməmiş addım atıb. Fanat.Az xəbər verir ki, klub rəhbərliyi baş məşqçini qovmaq üçün dedektiv tutubö
Belə ki, "Lill" rəhbərliyi uğursuz çıxış edən komandanın baş məşqçisi Marselo Byelsanı istefa göndərmək istəyir. Amma klub 2016-cu ilədək müqaviləni birtərəfli qaydada pozsa, mütiəxəssisə 16 milyon avro ödəməli olacaq.
Bu səbəbdən rəhbərlik baş məşqçini qovmaq üçün səbəb tapmaq məqsədi ilə dedektiv tutub.
Qeyd edək ki, "Lill" bundan əvvəl icazəsiz Çiliyə gedən mütəxəssisin müqaviləsini dondurduğunu açıqlamışdı.
Fanat.Az