İngiltərədə keçirilən "Norviç" - "Preston" matçında maraqlı hadisə baş verib. Fanat.Az xəbər verir ki, qarşılaşmanın sonlarında yan xətt hakimi Mark Yones zədələnib.
Onun yerinə dördüncü hakim Endi Davyes oyuna qoşulub. Bu səbəbdən qarşılaşmada elektron tablonu qaldırmaq üçün hakim qalmayıb. Hakimlərin köməyinə "Norviç" azarkeşi David Tornhill çatıb. O, elektron tablonu götürüb və əsas hakimin köməyi ilə oyunun əsas vaxtına 10 dəqiqə əlavə olunduğunu göstərib.
Fanat.Az