İtaliya A Seriyasının son mövsümünün ən yaxşı qolu bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.
Mövsümün ən yaxşı qolu 26-cı turda “Atalanta” ilə oyunun (2:0) 60-cı dəqiqəsində “Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya tərəfindən vurulub.
22 yaşlı Kvaratsxeliya "Napoli" ilə ilk mövsümündə İtaliya çempionu və mövsümün ən yaxşı oyunçusu olub. Ümumilikdə, gürcüstanlı yarımmüdafiəçi A Seriyasında 34 oyun keçirib, 12 qol vurub, 13 qolun ötürməsini verib.