"Milan” baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. Fanat.Az xəbər verir ki, bu haqda klubun rəsmi tvitter səhifəsi məlumat yayıb.
Xəbərə görə, mütəxəssisin müqaviləsi ləğv edilib. İtaliya təmsilçisinə Cennaro Qattuzo başçılıq edəcək.
Qeyd edək ki, yay transfer pəncərəsində 200 milyon avrodan çox pul xərcləyən "Milan” uğursuz çıxış edir. Hazırda komanda turnir cədvəlində 14 oyundan 20 xalla 7-ci yeri tutur.
Fanat.Az