"Qalatasaray"dan ayrıldıqdan sonra "Nitsa"ya keçən Uesli Sneyderin Fransa macərası başa çatır. Fanat.Az xəbər verir ki, bu mövsüm cəmi 8 matça çıxan və yenidən zədələnən holland futbolçu 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
Sneyder sağaldıqdan sonra Fransaya qayıtmayacaq. Onun növbəti dayanacağı ABŞ olacaq. Artıq futbolçunun meneceri Quydo Albers "Los Anceles FC" klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Sneyder Avropada "Qalatasaray" və "Nitsa"dan başqa "Ayaks", "Real" və "İnter"də çıxış edib.
Fanat.Az