Fatih Terim yenidən "Qalatasaray"ın baş məşqçisi olacağı ilə bağlı iddialara cavab verib. Fanat.Az xəbər verir ki, "İmperator" ləqəbli mütəxəssis iddiaları təkzib edib.
"Haqqımda yazılanlar "Qalatasaray"a ziyan verir. Klubla hər hansı bir görüşüm olsa, bununla bağlı sizlərə məlumat verərəm. Bu açıqlamamdan sonra hələ də bu tərzdə xəbərlər yayan olsa, onlara etibar etməyin" deyə Terim bildirib.
Fanat.Az