"Arsenal"ın zədə səbəbindən uzun müddətdi yaşıl meydanlardan kənarda qalan futbolçusu Santi Kazorlanın son fotosu yayılıb. Fanat.Az xəbər verir ki, ulduz futbolçu artıq 9-cu dəfə əməliyyat olunmağa hazırlaşır.
Keçirdiyi infeksiyadan sonra ayağını itirmək təhlükəsi ilə üzləşən Santi Kazorla "Tendonumda yenidən yaranan problem səbəbindən həkim müayinəsindən keçməli oldum. Təəssüf ki, bu vəziyyət meydanlara dönüşümü gecikdirəcək" deyib.
Qeyd edək ki, Santi Kazorla "Arsenal"a 2012-ci ildə "Malaqa"dan 19 milyon avroya transfer olunub. O, sonuncu dəfə ötən ilin 19 oktyabrında Çempionlar Liqasının "Ludoqorets"lə oyununda meydana çıxıb.
Fanat.Az