Xavyer Maskeranonun "Barselona" karyerası başa çatır. Fanat.Az xəbər verir ki, argentinalı ulduz Kataloniya klubundan ayrılacağını açıqlayıb.
2010-cu ildən "Barselona"nın formasını geyinən futbolçunun zədələndikdən sonra heyətdəki yerini Tomas Vermaelen tutub. "11-liy"ə düşə bilməyən 33 yaşlı Maskerano ESPN-ə açıqlamasında Kataloniya klubundan ayrılmağa hazırlaşdığını deyib: "Barselona"da karyeramın ən gözəl günlərini keçirdim. Ancaq ayrılmaq üçün doğu zamanın gəldiyini düşünürəm.
Qeyd edək ki, Xavyer Maskerano 2010-cu ildə "Liverpul"dan "Barselona"ya 20 milyon avroya transfer olunub. Kataloniya klubunda 331 oyunn keçirən argentinalı ulduz 1 qol vurub və 8 məhsuldar ötürmə edib. O, bu müddətdə La Liqanın (4 dəfə), "Kral Kuboku"nun (4 dəfə), İspaniya Super Kubokunun (3 dəfə), Çempionlar Liqasının (2 dəfə), Avropa Super Kubokunun (2 dəfə) və klublararası dünya çempionatının (2 dəfə) qalibi olub.
Fanat.Az