Türkiyə futbolunda görünməmiş etiraz aksiyası keçiriləcək. Fanat.Az xəbər verir ki, 90 klub oyunlara çıxmamaqla bağlı qərar qəbul edib.
Bu klubları TFF-nin Super Toto 2-ci və 3-cü liqalarında çıxış edir. Maliyyə böhranından əziyyət çəkən klublar daha bir zərbəni çempionatların baş sponsoru olan "Super Toto"dan alıb. Maliyyə böhranında olan şirkət qənaət rejiminə keçmək qərarına gəlib. Bu qərar ilk olaraq 2-ci və 3-cü liqa klublarına tətbiq olunacaq.
Fanat.Az