Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Fanat.Az xəbər verir ki, son turda "Liverpul" Moskva "Spartak"ı ilə qarşılaşıb.
Oyun ingilislərin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Liverpul"un heyətində Filipe Koutinyo het-trik, Sadio Mane dubl edib, Roberto Firmino və Məhəmməd Salah bir qol vurub.
Qeyd edək ki, "Liverpul" 9 xalla qrupu birinci, "Sevilya" 9 xalla ikinci pillədə bitirib. 6 xalı olan "Spartak" Avropa Liqasına vəsiqə qazanıb. 3 xal yığman "Maribor" isə mübarizəni başa vurub.
Fanat.Az