Peru millisinin kapitanı Xose Paolo Gerrero bir illik futboldan uzaqlaşdırılıb.
Fanar.Az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, buna səbəbə 33 yaşlı futbolçunun qanında qadağan olunmuş narkotik maddə aşkarlanmasıdır.
Gerrero DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də Argentina ilə oyundan sonra dopinq testi verib. Testin nəticəsi isə bu gün açıqlanıb.
Fanat.Az