Cari avrokubok mövsümünə qədər çoxlarının adını belə eştitmədiyi İsveçin "Ostersun" klubu tarix yazmağa davam edir. Sürpriz şəkildə təsnifat mərhələsində "Qalatasaray"ı udan, heç kimin gözləmədiyi halda qrupa düşən klub artıq Avropa Liqasının 1/16 final mərhələsindədi.
5 il əvvəl İsveçin 4-cü liasında çıxış edən "Ostersun" indi Avropanın müzakirə etdiyi kluba çevirilib. "Qırmızı-qaralar"ın bu uğuru mədəni inqilab sayəsində gerçəkləşdirib. 2011-ci ildə futbol tarixində ilkə imza atan İsveç klubu Karin Vahleni mədəniyyət məşqçisi təyin etdi.
Xanım məşqçi bundan sonra komandanın proqramına oxuma-yazma, şəkil çəkmə, rəqs və teatr kimi "mədəni məşqlər" daxil edib. Tarixi uğurun altında imzası olan Vahlen açıqlamasında uğurun sirrlərini açıqlayır:
"Bütün bunları etməkdə məqsədimiz sonda oyunları qazanan, daha uğurlu bir komanda yaratmaq edi. Mədəni fəaliyyətlər insanı daha cəsur edir, özünə inamını artırır və özünü daha yaxşı ifadə etməsinə yardımçı olur. Oyunçular zamanla bu bacarıqlarını meydanda tətbiq etdilər, komanda uğurlu nəticələr qazanmağa başladı. Mədəni məşqlər bizim üçün artıq futbol məşqləri qədər adiləşib".
Qeyd edək ki, tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanan "Ostersun" II təsnifat mərhələsində Türkiyənin "Qalatasaray", növbəti mərhələdə Lüksemburqun "Fola", "play-off"da Yunanıstanın PAOK klublarını mübarizədən kənarlaşdırıb. Qrup mərhələsində isə 11 xal toplayaraq "Atletik"lə 1-2-ci pillələri bölüşərək 1/16 finala çıxıb. İsveç təmsilçisi qrupda Almaniyanın "Herta" və Ukraynanın "Zorya" klublarını geridə qoyub.
Fanat.Az